Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:46

Pakistanda 9 əsgər və 8 yaraqlı öldürülüb


Pakistanın şimalında talibançıların hücumu nəticəsində azı 9 əsgər ölüb.

AzadlıqRadiosu Pakistan xidmətinin məlumatına görə, toqquşma Əfqanıstanla sərhəddə yerləşən Badar rayonunda baş verib.

Pakistan hərbçiləri həmçinin atışmada 8 yaraqlının öldürüldüyünü, azı 10-nun isə yaralandığını xəbər verirlər.

Pakistan ordusu 2009-cu iuldən bu bölgədə yaraqlılara qarşı əməliyyat aparır.
XS
SM
MD
LG