Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:53

Bashar Assad qələbəyə hələ çox qaldığını deyir


Suriya prezidenti Bashar Assad deyib ki, ölkədəki silahlı münaqişəni dayandırmaq üçün hakimiyyətə əlavə vaxt lazımdır.

O bunu yerli “Al Dünya” kanalına müsahibəsində deyib.

Prezident qeyd edib ki, hökumət qoşunları üsyançılarla mübarizədə müəyyən uğur qazanıb, amma qələbəyə hələ çox var.

Assad qaçqınları müdafiə etmək üçün Suriyada təhlükəsizlik zonası yaradılması ilə bağlı
Fransa və Türkiyənin təklifinin real olmadığını qeyd edib.

Hazırda Suriyada döyüşlər davam edir.

Dünən Dəməşq ətrafında dəfn mərasimi zamanı törədilmiş partlayışda 27 nəfər ölüb, omnlarla adam yaralanıb.

İndiyədək ölkəni 200 mindən çox adam tərk edib, ki, onalrın təxminən yarısı Türkiyədəki qaçqın düşərgələrində yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG