Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16
-
«Azərbaycan musiqi tarixi» çoxcildliyinin birinci cildi işıq üzü görüb.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin saytı yayıb.

Yeni nəşr Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsində hazırlanıb.

«Azərbaycan musiqi tarixi» çoxcildliyinin akademik nəşri layihəsinin rəhbəri və elmi redaktoru, AMEA-nın müxbir üzvü Zemfira Səfərovadır.

Kitabda Azərbaycan musiqi tarixinin ən qədim zamanlardan XX əsrə qədərki az işlənmiş, mürəkkəb dövrü əhatə olunub.

Kitab nəfis şəkildə çap olunub.

Birinci cilddə ilk dəfə qədim dövr Azərbaycan musiqisinin icmalı verilib.

Xalq musiqisi - aşıq sənəti, muğamlar, musiqi folkloru – mahnılar, rəqslər, qədim musiqi alətləri, Nizami dövründə musiqi (XII əsr), XIII-XV əsrlərdə musiqi elminin korifeyləri S.Urməvi, Ə.Marağayi, F.Şirvanı və digər alimlərin yaradıcılığı təhlil edilib.

Yeni nəşrdə, eyni zamanda, Azərbaycan musiqisinin inkişafında Şuşa, Şamaxı, Bakı muğam məclislərinin böyük rolu göstərilib.

Qarabağın, xüsusən də Şuşanın musiqi beşiyi olması bir daha sübuta yetirilib.

Böyük ensiklopediyaçı alim M.M.Nəvvabın və ustad xanəndə C. Qaryağdıoğlunun həyatı və yaradıcılığı təhlil edilib.
Kitabda həmçinin Azərbaycanın çoxəsrlik musiqi mədəniyyətinin XX əsrin əvvəllərində yaranan bəstəkarlıq yaradıcılığının təməli, onun gələcək inkişafının əsası olduğu vurğulanıb.

Cilddə rəngli şəkillər, not nümunələri, rus və ingilis dillərində geniş xülasə də verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG