Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41

BMT baş katibi İranda səfərdədir


BMT baş katibi Ban Ki-moon avqustun 29-da Tehrana “Qoşulmayanlar Hərəkatı”nın sammitinə gəlib və İran rəhbərləri ilə danışıqlar aparır.

Tehrana ilk səfərini edən BMT rəhbəri İran rəhbərliyi ilə İslam Respublikasının mübahisəli nüvə layihələri və iddia edilən insan hüquqları pozuntusu ilə bağlı müzakirə aparacağı gözlənilir.

Məlumata görə, İran rəsmiləri Ban Ki-moonu mərkəzi İranda uran filizinin emalı zavodu yerləşən tarixi İsfahan şəhərinə apara bilərlər.

BMT sözçüsü isə bildirib ki, Banın bununla bağlı hər hansı planı yoxdur.

Bloklara Qoşulmayanlar Hərəkatı 1961-ci ildə 25 dövlət tərəfindən təsis olunub. 51 yaşlı “Qoşulmayanlar Hərəkatı” özlərini heç bir əsas güc bloku hissəsi hesab etməyən ölkələrin qruplaşmasıdır. Keçmiş Yuqoslaviya prezidenti İosif Broz Tito, misirli həmkarı Camal Əbdül Nasir və Hindistanın baş naziri Cəvahirlər Nehru ilə məsləhətləşərək bu təşkilatın əsasını qoyublar.

Hazırda təşkilatın 118 üzvü var. Quruma üzv olan ölkələr əsasən Afrika, Cənubi Amerika və Karib hövzəsini əhatə edir. Təşkilatda yalnız bir Avropa dövləti var – Belarus.

Hazırda İran bu quruma rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG