Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

İlham Əliyev: «Əsl dostluq elə budur»


İlham Əliyev və Aleksandr Lukaşenka, Belarus, 28 avqust
İlham Əliyev və Aleksandr Lukaşenka, Belarus, 28 avqust
Avqustun 28-də prezident İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenka ilə təkbətək görüşdən sonra Minskdə jurnalistlər qarşısında çıxış ediblər.

AzərTac-ın məlumatına görə, Lukaşenka ölkəsinin çətin günlər yaşadığı zaman ilk dəstəyi Azərbaycandan aldığına görə, həmkarına təşəkkür edib:

«Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də siz bizə ümid bəsləyə bilərsiniz. Əgər sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, siz həmişə Belarusa arxalana bilərsiniz».

YENİ ƏMƏKDAŞLIQ İMKANLARI

Dünən Azərbaycan prezidentinə Belarus Respublikasının yüksək dövlət mükafatı – «Xalqlar dostluğu» ordeni təqdim edilib. Lukaşenka Azərbaycanla yeni əməkdaşlıq istəyini də ifadə edib:

«Azərbaycan ilə Belarus arasında əməkdaşlığın həcmini iki, bəlkə də üç dəfə artıra bilərik. Mən artıq demişəm, - əməkdaşlığın bu yeni istiqamətlərini burada sadalamayacağam, - qida məhsulları istehsalından tutmuş dava-dərmana, tikintidən tutmuş istehsalatın modernləşdirilməsinə, hərbi-texniki əməkdaşlığa qədər, bir sözlə, ən geniş spektr vardır. Burada heç bir qapalı mövzu yoxdur. Bu gün biz Belarus iqtisadiyyatına investisiyalar barədə danışdıq. Əgər Azərbaycanın bu cür marağı olarsa, siz Belarusda ən prioritet imkanlar əldə edəcəksiniz».

«TƏMƏNNASIZ, DOSTCASINA DƏSTƏK GÖSTƏRMƏYƏ ÇALIŞIRIQ»

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq sayəsində beynəlxalq təşkilatlarda bir-birini çox fəal dəstəkləyirlər:

«Keçən ilin payızında BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı Azərbaycanın namizədliyini fəal dəstəklədiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz bu məsələdə Belarusun dəstəyini çox yüksək qiymətləndiririk. Biz başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq edirik və həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Ümumiyyətlə, əsl dostluq elə budur – biz həmişə bir-birimizi dəstəkləməyə, imkan olduqda, gücümüz çatan yerdə bir-birimizə səmimi, təmənnasız, dostcasına dəstək göstərməyə çalışırıq. Strateji tərəfdaşlığın mahiyyəti də elə bundan ibarətdir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG