Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21
Avqustun 29-da Britaniya kraliçası II Elizabetin Londonda 2012-ci il Yay Paralimpiya Oyunlarının rəsmi açılışını edəcəyi gözlənilir.

Paralimpiya Oyunları fiziki qüsurları olan, məsələn amputasiya olunmuş və ya görmə qabiliyyətini itirmiş idmançıların yarışmasıdır.

London Paralimpiyasina 166 ölkədən 4200-dən çox idmançı qatılır.

Paralimpiada sentyabrın 9-a qədər davam edəcək.

İlk Paralimpiya Oyunları 1960-cı ildə Romada keçirilib, lakin Britaniya bu yarışmanın «mənəvi evi» hesab edilir. Çünki əlil idmançıların ilk yarışı 1948-ci ildə İngiltərədə təşkil olunub.

Azərbaycanı bu ilki Paralimpiya Oyunlarında 6 idman növü üzrə 21 nəfər təmsil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG