Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:58

Yaponiya və Şimali Koreya hökuməti ilk dəfə birbaşa danışıqlar aparacaq


Avqustun 29-da Yaponiya və Şimali Koreya hökumət rəsmiləri son dörd ildə ilk dəfə birbaşa danışıqlar aparmaq üçün bir araya gələcəklər.

Məlumata görə, Pekində təşkil olunan danışıqlarda İkinci Dünya Müharibəsi zamanı Koreya yarımadasının şimalında ölən Yaponiya vətəndaşlarının qalıqlarının qaytarılması müzakirə olunacaq.

Yaponiya həmçinin 1970-ci və 1980-ci illərdə öz vətəndaşlarının Şimali Koreya hökuməti tərəfindən oğurlanması məsələsini qaldıra bilər.

Şimali Koreya 13 yaponiyalını qaçıraraq casuslar yetişdirmək üçün onlardan istifadə etdiyini etiraf edib. O, 2008-ci ildə söz vermişdi ki, bu oğurluğu araşdıracaq, lakin hələ də vədinə əməl etməyib.

Analitiklər bu görüşdə keçən il atası Kim Jong-ilin vəfatından sonra hakimiyyətə gələn Kim Jong-unun rəhbərliyi altında Şimali Koreya hökumətinin gələcək xarici siyasət istiqamətinin necə olacağını müəyyən edəcəklər.
XS
SM
MD
LG