Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

«Sahil» və «Şıx» çimərliklərinə qadağa qüvvədə qalıb


Qaradağ və Səbail rayonu ərazisində yerləşən «Sahil» və «Şıx» çimərliklərində bakterioloji çirklənmə olduğundan çimmək qadağası qüvvədə qalıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron çimərliklərində aparılan monitorinqin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində isə dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya bildirib ki, çimərliklərdən götürülən dəniz sularının fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri əvvəlki monitorinqin nəticələri ilə eynidir.

Onun sözlərinə görə, bu yoxlamalar 15 gündən bir olmaqla oktyabr ayının 1-dək davam etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG