Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

ABŞ-ın Azərbaycandakı yeni səfiri Morningstar Bakıdadır [VIDEO]


ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Bakıdadır
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Bakıdadır

-


ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Richard Morningstar avqustun 28-də Bakıya gəlib.

Səfir Morningstar həyat yoldaşı Faith Pierce ilə birgə Bakının beynəlxalq hava limanında jurnalistlər üçün brifinq keçirib.

Səfir xatırladıb ki, düz 17 ildir ki, vaxtaşırı Azərbaycana səfər edir:

“Azərbaycan hökumətindən olan həmkarlarıma birgə fəaliyyətimi, Azərbaycan xalqı ilə yaxından tanış olmağı, ölkənizlə tanış olmağı, qarşıda duran mühüm məsələləri həll etməyi səbirsizliklə gözləyirəm.

Azərbaycan çox əhəmiyyətli ölkədir və biz bu münasibətlərə çox böyük önəm veririk. Biz regional sabitlik, demokratiya, terrorizmlə mübarizə, enerji məsələləri ilə ciddi şəkildə məşğul olacağıq ki, Azərbaycan güclü, şəffaf və bazar iqtisadiyyatının formalaşdığı və inkişaf etdiyi bir ölkəyə çevrilsin”.

Səfir əlavə edib ki, Azərbaycanın təkcə enerjidən asılı olmayan, geniş profilli iqtisadiyyata malik olması üçün Azərbaycanla birlikdə çalışacaq.

Morningstar etimadnamələrini prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Prezident Barack Obama apreldə ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R.Morningstar'ın namiədliyini Azərbaycanda səfir postuna irəli sürüb.

ABŞ Senatı iyunun 29-da onu bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə təsdiqləyib.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi uzun müddətdir ki, boşdur. Sonuncu səfir Mathew Bryza Bakını bu il yanvarın 3-də tərk edib. ABŞ-dakı erməni lobbisinin təkidli etirazları ilə qarşılaşan Bryza bir il səfir vəzifəsində çalışa bildi.

2009-cu ildə sonuncu uzunmüddətli səfir Anne E. Derse Bakıdan gedəndən bəri Vaşinqtonun Azərbaycana səfir təyin etməsi gecikirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG