Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:33
-
Shamsi Zarif məktub yazmağı xoşlayır. Hərçənd, bu məktubları almaq o qədər də çox adamın xoşuna gəlmir.

Tacikistanın bir cənub əyalətində yaşayan 75 yaşlı kişi on illərdir ki, yerli bürokratiyadan hətta Kremlin özünə şikayət dolu məktub göndərməyi bir vərdişə çevirib.

Rus dili müəllimi olan Shamsi Zarif bu vərdişinə görə həbsxanaya düşüb, psixiatrik müayinədən keçməyə məcbur edilib, məmurlar arasında reputasiyası korlanıb.

Amma əyalət sakini Barot Safarov deyir ki, yerli sakinlər Zarif'i dəstəkləyir, hətta Zarif'in işə qarışması nəticəsində yerli məmurlar rayon bazarını bağlamaq fikrindən daşınıblar.

- Bu o adamdır ki, həmişə adamların müdafiəsinə qalxır. Nə vaxt ki, məsələn, dükanları bağladılar, onda o, bu adamları müdafiə etdi. O, dərhal başa düşdü ki, kimlər əziyyət çəkir. O, həmişə xeyirxahlıq və azadlıq üçün mübarizə aparıb.

Tacikistan sovet dövründə anonim imzalı məktubların müəllifləri sayından korluq çəkməyib.

KOMMUNİST PARTİYASI LİDERLƏRİNİ TƏNQİD ETMƏK?

1983-cü ildə Zarif Moskvaya, Kommunist Partiyasının Mərkəzi Komitəsinə məktub yazıb, onların siyasi idarəetməsində nöqsan saydığı məsələləri tənqid edib. Bildirib ki, bu cür davam etsə, Sovet İttifaqının süqutu qaçılmaz olacaq.

Nəticədə «kommunist cəmiyyətinə inamının yetərli olmaması» adı ilə onu həbs ediblər.
O, həbsxanadan yalnız 1991-ci ildə, Sovet İttifaqının dağılmasından sonra xilas ola bilib və bəraət alıb.

HƏR ZAMAN ƏDALƏT AXTARIŞINDA

Zarif’in məktəb yoldaşı Said Rahmon dostunu «xəstə» kimi təsvir edir:

- O, əslində xəstədir. Müxtəlif cür adamlar var. Kimisi atları, kimisi quş ovlamağı sevir, bəziləri də içməyi xoşlayır. Adamlar da var ki, ədaləti sevir. Shamsi Zarif həqiqəti axtarır, onun bütün həyatı ədalət axtarışına həsr olunub. Harada ki, adamların hüquqlarını müdafiə etməyə ehtiyac yaranacaq, o, orda olacaq.

Emomali Rahmon

Emomali Rahmon

2002-ci ildə Zarif ailə planlaşdırması haqda qanuna münasibət bildirib. Onun fikrincə, qanunla millətin təbii artımının qarşısını almaq istəyirlər. Zarif Tacikistan prezidenti Emomali Rahmon'a qəzəb dolu məktub yazıb bunu «terror», «sülh yolu ilə soyqırımı» adlandırıb.

QANUNA QARŞI ÇIXDI, «DƏLİ» DİAQNOZU QOYULDU

Hakimiyyət Zarif'in baxışlarına iltifatla yanaşmadı. O, 2 il yarım azadlıqdan məhrum edildi. Sərbəst buraxılanda ona dəli olması barədə arayış da təqdim etdilər.

Amma bu diaqnoz onu sarsıtmadı. Zarif ötən il 200-dən çox şikayət dolu məktub yazıb. Onun ən çox istədiyi prezidentlə üzə-üzə görüşməkdir.

2010-cu ildə ölkə prezidenti Vose əyalətinə səfər edəndə, yerli təhlükəsizlik orqanları Zarif'i ev dustağı ediblər:

- İyunun 13-də prezident burda olanda, cinayət-axtarış şöbəsi və KQB-nin Vose üzrə idarəsi səhər 6-dan axşam 6-ya kimi məni evdən buraxmadılar. O vaxtdan, nə qədər məktub yazsam da, heç bir cavab almamışam.

Vose əyalətinin rəhbəri Sulton Valiev isə deyir ki, o, heç vaxt Zarif kimi şəxsin Zati-aliləri ilə görüşməsinə icazə verməyəcək:

«Shamsi Zarif prezidentlə nəyisə müzakirə etməyə layiq adam deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG