Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:26

ABŞ prezidenti yeni qasırğa ilə bağlı xəbərdarlıq edir


ABŞ Prezidenti Barack Obama Meksika körfəzi sahilindəki ştatlarda yaşayan vətəndaşlara qasırğa ilə bağlı xəbərdarlıq edib. Obama bildirib ki, hazırda yaxınlaşmaqda olan İsaac tropik qasırğası çox böyük daşqınlara səbəb ola bilər, o üzdən yerli rəsmilərin bütün xəbərdarlıqlarına və çağırışlarına əməl etsinlər, və əgər sakinlərin evakuasiyası tələb olunarsa, buna qulaq assınlar.

Hazırda Luiziana, Missisipi, Alabama və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib. İsaac qasırğasının 7 il əvvəl Katrina qasırğasının vurduğu Nyu Orleans şəhərini vurması gözlənilir. Katrina fəlakəti zamanı 1800 adam həlak olmuş, şəhər tamamilə sahibsiz almış, zorlamalar və qarətlər baş alıb getmişdi.
XS
SM
MD
LG