Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

Prezident haqda 3 seriyalı bədii film çəkilir


Qazaxstan prezidenti haqqında 3 seriyalı filmin çəkilişləri gedir

“Liderin ömür yolu” adlı silsilədən ilk filmin çəkilişləri 2 il sürüb və 2011-ci ildə ekranlara çıxıb. Film Qaazaxstan prezidenti Nursultan Nazarbaevin yurtda keçən uşaqlığına həsr edilib.

Filmin hazırda ikinci və üçüncü hissələrinin çəkilişi gedir. İkinci seriya – “Dəmir Dağ” adlanır və Nazarbayevin komsomol dövründən əmək fəaliyyətinin ilk illərini əhatə edəcək. “Odlu çay” adlanan 3-cü hissə isə prezidentin artıq siyasi fəaliyyəti ilə bağlıdır.

Qazaxfilm studiyası Temirtauda filmin çəkilişlərindən ötrü 1950-ci, 60-cı illərin pal-paltarı, əşyalarının da toplayır. Filmlərin büdcəsi haqda məlumat verilmir.

Rejissor Rustem Abdrashev deyir ki, filmlərin məqsədi şəxsiyyətə pərəstiş kultu yaratmaq yox, SOvet dövrünü olduğu kimi göstərməkdir.

***
XS
SM
MD
LG