Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:02

İraq su üzündən Türkiyə və İrana xəbərdarlıq edir


İraq qonşuları İran və Türkiyəyə ölkənin su ehtiyaclarını nəzərə almamağına görə xəbərdarlıq edib. Ticarət naziri Khairallah Hassan Babaker deyib ki, İran 49 kiçik çayın axınlarının qarşısını alır, Türkiyə isə öz ərazisindən başlanan Dəclə və Fərat çayları üzərində iri su anbarları tikməklə İraqa axan suyun həcmini azaldır.

Nazirin sözlərinə görə, bu siyasətin davam etməsi halında həmin ölkələrlə ticari əlaqələrə yenidən baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG