Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:49

Quranı yandıran Amerika əsgərlərinə əfqanların istədiyi cəzalar verilmədi


Quranın yandırılmasına qarşı keçirilən etirazlardan biri
Quranın yandırılmasına qarşı keçirilən etirazlardan biri
ABŞ ordusunun 6 əsgəri və 3 dəniz piyadası bu il Əfqanıstanda iki olayda iştirak etdiklərinə görə inzibati qaydada cəzalandırılıblar. Dəniz piyadaları yanvar ayında öldürülən talibançıların cəsədlərini murdarlamaqda, əsgərlər isə 100-ə yaxın Quranı yandırmaqda günahkar biliniblər.

ABŞ Sİlahlı qüvvələri konkret cəzaları açıqlamasa da, inzibati cəza alanların adətən rütbələri və maaşları azaldılır, və ya ordudan uzaqlaşdırılırlar. Onlara qarşı cinayət işi açılmayıb.

Ancaq ilin əvvəlindən bu yana bu olaylara qarşı başlanan etirazlar zamanı Əfqanıstanda sözügedən əsgərlərin cinayət məsuliyyətinə cəlb olunması tələb olunurdu. Həmin etirazlar zamanı 30-a yaxın əfqan, 2 Amerika zabiti həlak olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG