Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06

Quba hadisələrinin məhkəməsinə hazırlıq iclası keçirilib


Avqustun 28-də Quba rayon Məhkəməsində Quba hadisələrinə görə həbs olunan 8 nəfərin işi üzrə hazırlıq iclası keçirilib. İclas tanışlıq xarakteri daşıyıb. Zərərçəkənlər qeydiyyata alınıb.

Zərərçəkən qismində 19 polis əməkdaşı çıxış edib. Onların arasında Quba və Xaçmaz rayonlarının polis serjantları və polis zabitləri də var.

Ötən məhkəmə 4 nəfərin vəkili olmadığına görə təxirə salınmışdı.

Hazırlıq iclasında təqsirləndirilənlər özlərini təqsirli hesab etmədiklərini bildirib.

2012-ci ilin martında Qubalıların kütləvi etiraz aksiyası keçirilib. Aksiyaçılar Quba İcra hakiminin istefasını tələb edirdilər.

Baş vermiş hadisəyə görə, Fərhad Abdurəhmanov, Samir Xanmədov, Alxas Dənyalov, Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad ZakirovSəxavət Ələsgərov barəsində Cinayət Məcəlləsinin 186.2.1 , 186.2.2 , 233, 315.2 maddələri ilə cinayət işi başlanıb. Onlar zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhvetmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla əmlakı qəsdən məhvetmə və ya zədələmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilirlər.

İttihamlar təsdiqlənsə, saxlanılanları üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG