Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17

Əfqanıstan: İntiharçı polis rəhbərini hədəfə alıb, 4 nəfər ölüb


Əfqanıstanda Kandaharda bomba partlayışı nəticəsində 4 mülki sakin ölüb. Əyalət polis rəhbəri isə yaralanıb.

Yerli hakimiyyət dairələri bildiriblər ki, intiharçı bombanı general Abdul Raziqin nəqliyyat vasitəsinin Kandahar şəhərinin yaxınlığından keçdiyi zaman partladıb.

20-yə yaxın adam yaralanıb. Onların arasında olan general Abdul Raziq üzü-gözü, əl-ayağından xəsarət alıb.

Partlayışın məsuliyyətini heç kim üzərinə götürməyib, amma Taliban tez-tez Əfqanıstan məmurlarını hədəfə alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG