Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

Tibetdə iki rahib özünü qurban verib


Çində iki tibetli yeniyetmə özünü yandırıb. Onlar aldıqları xəsarətdən ölüb. Bu barədə Londonda yerləşən Azad Tibet hüquq müdafiə təşkilatı məlumat yayıb.

Qurum bildirir ki, 18 yaşlı rahib və 17 yaşlı keçmiş rahib avqustun 27-də Sichuan əyalətindəki Kirti monastırının kənarında özlərini yandırıb.

Azad Tibet deyir ki, bununla 2009-cu ildən bəri özünü qurban verənlərin sayı 51-ə çatıb. Onların azı yarısının öldüyü güman edilir.

Bildirilir ki, özünü qurban verənlər Pekin hakimiyyətinin Tibet regionundakı sərt idarəçiliyinə etiraz edirlər və mənəvi liderlərinin Dalai Lamanın qaytarılmasını tələb edirlər.

Çin özünü qurban verməni cinayət sayır və sürgün edilmiş Dalai Lamanı başqalarını bu yola təhrik etməkdə günahlandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG