Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58

İlham Əliyev Belarusa rəsmi səfərə gedir


Avqustun 28-29-da Azərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdə olacaq.

APA-nın xəbərinə görə, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.

Səfər zamanı Azərbaycan prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

Dövlət başçıları həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək danışıqlarda iqtisadi-ticarət əlaqələrinin, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcəklər.

Tərəflər beynəlxalq arenada çoxtərəfli birliklər çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunacaq. Danışıqların yekunları əsasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG