Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50
Bu yay Şimal Buzlu okeanda rekord səviyyədə ərimə qeydə alınıb. Bu barədə ABŞ tədqiqatçıları məlumat yayıb.

Milli Qar və Buz Məlumat Mərkəzi avqustun 27-də bildirib ki, buzluq sahə 410 milyon kvadrat km-ə qədər azalıb. Ərimə 2007-ci ilin rekordunu ötüb. Belə ki, 5 il öncə okeanın buzu 4,7 milyon kv.km azalmışdı.

Okean buzunun əriməsinin yaxın həftələrdə də davam edəcəyi gözlənilir. Belə ki, sentyabr ayında buzlaqlar ən aşağı qalınlığa çatır.

Mərkəzin alimi Ted Scambos hesab edir ki, okean buzunun əriməsinə səbəb istixana qazlarının buxarlanması nəticəsində yaranan qlobal istilər ola bilər.

Alimlərin fikrincə, Şimal Buzlu Okean yer kürəsində hərarətin aşağı olmasına kömək edir. Və ağ ayılar üçün əhəmiyyətlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG