Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:04

Tağıyev-Sahil yolu yenidən qurulur


Uzunluğu 41,4 km olan Tağıyev-Sahil yolunun yenidən qurulması nəzərdə tutulub. Bu barədə «Azəryolservis» ASC-nin saytında məlumat verilib.

«Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsini təşkil edən Tağıyev-Sahil (M-6) avtomobil yolu Bakı-Quba (M-1) və Bakı-Ələt (M-2) magistral yollarını birləşdirməklə avtomobil yolları şəbəkəsində prioritet yer tutur», deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Tağıyev-Sahil yolu boyu 11 körpünün, 4 heyvan keçidinin, 8 avtobus dayanacağının və 61 müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların tikintisi planlaşdırılır.

İcrasına 2010-cu ilin aprel ayından başlanılan işlərin 70%-ə qədəri artıq başa çatdırılıb. Belə ki, 34 km-dən artıq hissədə ikiqat asfalt-beton örtük vurulub, torpaq işləri isə 35 km-də başa çatdırılıb, 4 heyvan keçidi, 7 körpü və 47 borunun tikintisi tamamlanıb.

Əsasən yükdaşımalar üçün əhəmiyyətli olacaq bu yol Azərbaycanın cənub və qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Bakı-Rusiya yolunun 36-cı km-ə çıxışını təmin edəcək. Bununla da hər iki istiqamətdə məsafə 50 km qısalacaq.

Yolun bu il 2012-ci ildə istismara veriləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG