Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:29

Yaxın iki gündə havada rütubət yüksək olacaq


Avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 28-33 dərəcə isti olacaq.

Yaxın iki gündə Abşeron yarımadasında gündüz isti diskomfort hava şəraiti fonunda bəzi saatlarda rütubətliliyin nisbətən çox olması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
XS
SM
MD
LG