Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:08
Bakı-Zabrat yolu əsaslı təmirdən sonra qismən istifadəyə verilib. Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin Trend-ə verdiyi məlumata görə, şəhər şossesinin Zabrat dairəsindən şəhər istiqamətinə bağlı olan 300 metrlik hissəsi də açılıb.

Yolun əsaslı təmir aparılan ümumi ərazisi 6,5 km təşkil edib, yol 6 zolaqlıdır.

Mürsəliyevin sözlərinə görə, növbəti bir-neçə gündə 300 metrlik hissənin xətlənməsi və genişləndirilən 200-250 metrlik hissədə isə asfalt örtüyünün son qatının salınması işləri yekunlaşacaq.

«Bu işlər də yaxın günlərdə yekunlaşacaq. Lakin bu gün səhərdən yolun 300 metrlik ərazisi sürücülərin istifadəsi üçün açılıb», - Mürsəliyev qeyd edib.

Bakı-Zabrat yolu iyunun 5-də təmirlə əlaqədar bağlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG