Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:34

Bakı Belarus maşınlarının Azərbaycanda yığılmasına maraq göstərir


Azərbaycan Belarusla ticarəti və iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bunu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Minskdə Azərbaycan-Belarus komissiyasının toplantısında deyib.

O bildirib ki, Gəncə avtomobil zavodu Belarus traktorlarının və yük maşınlarının yığılması hesabına effektiv işləyir. .

Eyyubovun sözlərinə görə, hazırda bu zavodda Belarusun başqa maşınlarının yığılmasına imkanlar var.
MAZ avtobuslarının, MZKT maşınlarının, kənd təsərrüfatı maşınlarının Azərbaycanda yığılması imkanları araşdırılır.

Azərbaycanla Belarus arasında ticarətdə hər iki ölkədən 250 müəssisə iştirak edir.
200 Belarus müəssisəsinin məhsulu Azərbaycana ixrac olunur.
Azərbaycan Belarusun BelOMO texnologiyası ilə yük maşınlarından və traktorlardan başqa, avtomobil kranları, elevatorlar, optik cihazlar yığır.
XS
SM
MD
LG