Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:02
Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) hesab edir ki, azərbaycanlı İran müğənnisi Ququş “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısının erməni mahnısı kimi təqdim edib və bu, müəllif hüquqlarının pozuntusudur.

Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya açıqlamasında bildirib ki,

Ququş “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısını erməni dilində oxuyub. Mahnı “Youtube”da yayımlanıb.

“Bu mahnının musiqi müəllifi Elza İbrahimova, sözlərinin müəllifi Əlağa Kürçaylıdır... bir mahnını başqa dildə oxuyursansa, mütləq mahnının hansı xalqa məxsus olduğu, müəllifləri göstərilməlidir. Təəssüflər olsun ki, Ququş bu mahnını oxuyarkən onun Azərbaycan mahnısı, müəlliflərinin azərbaycanlı olduğunu bildirməyib. Mahnı anonim erməni mahnısı kimi təqdim edilib. Bu da müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır”.

X. Həsənli deyib ki, müəllif əsəri tərcümə edilirsə, mütləq bu əsərin müəlliflərindən icazə alınmalıdır:

“Sozügedən halda bu prinsip də pozulub. Ququş hazırda İranda yaşamır. İrandan başqa bütün ölkələr ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasının üzvüdürlər. Bu ölkələrin ərazisində konvensiyanın müddəalarına ciddi riayət olunmalıdır. Ququş bu mahnını oxuyarkən beynəlxalq konvensiyanın bu tələbini də pozub.



"Gedək üzü küləyə" mahnısı Şövkət Ələkbərovanın ifasında

XS
SM
MD
LG