Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:28

«Real» Modric'i 44 milyona alır


Sağda Modric
Sağda Modric
-
Real (Madrid) Xorvatiya yığmasının oyunçusu Luka Modrici Tottenham Hotspur klubundan alır.

Müqavilə 5 illik olacaq və Real 26 yaşlı playmakerə görə Tottenhama 35 milyon avro və ya 44 milyon dollar ödəyəcək.

Tottenhamla artıq razılığa gəlinməsi barədə Real öz vebsaytında yazır.

Tottenham Hotspur klubunun sədri Daniel Levy deyir ki, Modrici almaq təklifləri Chelsea və Manchester United-dən gəlirdi, ancaq o, Modricin satılmasının əleyhinə idi.

Modric özü keçən il Chelsea-yə keçmək istəyirdi, ancaq bunun qabağını Levy aldı.

Levy indi deyir ki, Modricin məhz Reala keçməsini isə bəyənir. Çünki Modric “dəhşətli oyunçudur”.

Tottenham Modrici 2008-ci ildə Dinamo (Zaqreb)-dən 26 milyon dollara alıb.

Modric bir müddət Tottenhamda müdafiəyə oynayan yarımmüdafiəçi olub. Ancaq sonradan artıq hücumların təşkili ona tapşırılırdı.

Modric hazırda hücum üslubu ilə Totenhamın sevimlisidir.

Modricin Reala keçməyi ilə braziliyalı Kakanın Realdakı gələcəyi şübhə altına düşür.
Real Kakanı Milandan 3 il qabaq 65 milyon avroya alıb.

Milanın vitse-prezidenti Galliano bazar günü dedi ki, Milan 30 yaşlı Kakanı Realdan borc götürmək istəyir.
Ancaq Gallianonun sözlərinə görə, Real Kakanı satmaq istəmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG