Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:31
Azərbaycan üçün 27 avqust tarixi yəqin, onunla maraqlı olar ki, 1859 –cu il 27 avqust ABŞ-da müasir üsulla ilk uğurlu neft quyusunun qazılıb-başa çatması günüdür.

Hətta bəzi Qərb mənbələri 27 avqustu dünyada müasir üsulla neft quyusunun uğurla qazılması günü hesab edir.

İlk müasir neft quyusu isə 1848 –cı ildə Abşeronda – Bakının şimal-şərqində qazılıb.

27 avqustda olan başqa maraqlı və ya əhəmiyyətli hadisələr:

1783-cü il – hidrogen balonunda ilk uçuş.
Zənbilində adam olmayan hava şarı 900 m yüksəkliyə qalxdı.

1896-cı ildə 38 dəqiqəlik müharibə olub. Bu müharibə səhər saat 09:02-dən 09:40-a qədər davam edib.
Müharibədə İngiltərə Zənzibara qalib gəldi.

1912-ci il – Edgar Rice Burroughs Tarzan haqda ilk novellasını çap etdirdi – “Meymunların Tarzanı”.

1955-ci ildə iki ekiz tələbə - Norris və Ross McWhirter ilk dəfə “Guinnesin Dünya Rekordları” kitabını nəşr etdirdilər. Belə kitabı onlardan Guinnes pivə şirkəti istəmişdi.
Hazırda bu kitabın özü dünyada ən çox nəşr olunan kitab rekordunu vurur.
XS
SM
MD
LG