Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

Basketbol klubu oğrulara müraciət edib


Rusiyanın Ximki basketbol klubu oğrulara müraciət edib ki, klubun üzvü – Vitali Fridzonun medalını qaytarsınlar.

Rusiya yığmasının üzvü olan Fridzon London olimpiadasında bürün medal qazanıb və bu medal həftəsonu onun mənzilindən oğurlanıb.

Medalla yanaşı basketbol ulduzunun iki İsveçrə saatı, bir laptop, iki tablet kompüteri də oğurlanıb.

Ximki klubunun vebsaytında oğrulara müraciət olunur ki, “Medalı qaytarın, bu medalı Vitali ağır zəhmətlə qazanıb”.

Oğurluqla bağlı cinayət işi açılıb.
XS
SM
MD
LG