Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:17

Elçibəyin qardaşı ifadə verib


Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Bakı Şəhər Prokurorluğunda ifadə verib.

Almurad Əliyev AzadlıqRadiosuna bildirib ki, çağırış əsasında avqustun 25-də prokurorluğa gedib. Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı başlanmış istintaqa ifadə verib. O, detallar barədə danışmaq istəməyib. Almurad Əliyev: “Hələlik istintaqla bağlı heç nə danışmaq istəmirəm. Bəzi məqamlar var ki, onları aydınlaşdırandan sonra danışacam”.

Müasir Müsavat partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev Baş prokurorluğa müraciət edib ki, Əbülfəz Elçibəy ölümündən bir müddət əvvəl zəhərlənib. O, eks-prezidentin AXCP sədri Əli Kərimli tərəfindən zəhərləndiyini iddia edib. Prokurorluq şikayəti araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG