Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

Qubada həbs olunanların ittihamları ağırlaşdırılıb


Quba hadisələri, 1 mart 2012
Quba hadisələri, 1 mart 2012
-
Quba hadisələrinə görə həbs olunan bəzi şəxslərin ittihamı ağırlaşıb.

Məlumatı «Media forum» saytına vəkil Əshabəli Mustafayev verib.

Vəkil bildirib ki, tutulanlar Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdular:

«İndi isə 186.2.1. (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2. (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri irəli sürülüb».

Əshabəli Mustafayev deyib ki, Bakı İstintaq Təcridxanasında Quba hadisələrinə görə həbs olunan Yeni Azərbaycan Partiyasının üzvü, Quba Olimpiya Kompleksinin rəsmisi Akif Əliyevlə görüşüb:

«Baş Prokurorluğun müstəntiqi də istintaq təcridxanasına gəlmişdi. Akif Əliyevə yeni ittihamlar elan olundu. Bütövlükdə Quba hadisələrinə görə 34 nəfər həbs olunub. Onların hamısına yeni ittihamlar irəli sürülüb və işləri ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər əvvəlki ittihamlarla maksimum 3 ilədək həbs ala bilərdilər, indi onları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir».

Vəkilin dediyinə görə, Akif Əliyev özünü günahkar bilmir, öz cümlədən yeni ittihamları rədd edir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG