Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

İş yerlərini yoxlamaq üçün xaricdən avadanlıqlar gətirilir


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda iş yerlərinin əmək standartlarına uyğunluğunu yoxlamaq üçün xüsusi laboratoriyalar yaradılacaq. Bunun üçün xarici ölkələrdən müasir texniki avadanlıq gətirilib.

AzadlıqRadiosuna müsahibəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov deyib ki, məqsəd köhnə laboratoriyaları yeniləməkdir.

- Əmək müfəttişliyinin laboratoriyasında istifadə olunan avadanlıqlar köhnə idi. Onun yaxşılaşdırılması üçün işlər aparılır. Dövlət Əmək Müfəttişliyinin potensialını artırmaq barədə Dünya Bankı və Azərbaycan hökuməti arasında saziş var. Buna uyğun işlər aparılır. Yeni avadanlıq artıq alınıb, ölkəyə gətirilir. Gələn il isə yeni laboratoriya binalarının tikilməsi gözlənir. Köhnə laboratoriyalar isə bir-iki otaqdır.

- Laboratoriyalar harada yerləşdiriləcək?

- Bakıda mərkəzi, Gəncə və Naxçıvanda regional laboratoriyalar olacaq.

- İş yerlərinin müasir standartlara cavab verməsi üçün hansı məsələlər yoxlanacaq?

- İşçilərin əmək şəraitinə nə daxildir, məsələn, artıq səslər, vibrasiya, kimyəvi maddələrin olub-olmamağı, iş yerinin işçilərin sayına uyğunluğu, tozlanma, işıqlanma və s. İşçiyə zərərli olan hər bir məsələ yoxlanacaq.

- İlk növbədə hansı iş yerlərinin müayinədən keçirilməsi nəzərdə tutulur?

- Fabrik-zavodlarda, istehsal sahələrində, xüsusilə kimyəvi, neft məhsullarının istehsal olunduğu sahələr yoxlanacaq. Gedib birinci mağazadan başlamaq effektli olmaz. Məktəblər, xəstəxanalar da yoxlanacaq. Neqativ hal çıxarsa, iş yerinin rəhbərliyi cərimə olunacaq. Cərimə 2 min manatdır. İşçinin həyatına təhlükə aşkarlanarsa, o yerdə iş dayandırılır, ta ki nöqsanlar aradan qaldırılana qədər. İndiyə kimi bəzi tikinti sahələrində əməyin təhlükəsizliyinə aid olan nöqsanlarla bağlı məsələləri qaldırmışıq. Tikintinin çəpərlənməsi, işçilərin mühafizə geyimi ilə təchiz olunması və s. məsələləri nəzərdə tuturam.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG