Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:47
İrlandiyanın «Irish Independent» qəzetində avqustun 26-da dərc olunmuş «Josephine və diktator» başlıqlı yazıda qeyd olunur ki, Azərbaycanın imic problemi var, bu imici yaradan isə kütləvi işgəncə və repressiyadır.

Yazıda Human Rights Watch, Amnesty International hüquq-müdafiə təşkilatlarının Azərbaycanda insan haqlarının vəziyyətini tənqid etməsindən, bu ölkənin beynəlxalq qurumların hesabatlarında aşağı reytinqindən bəhs olunur.

ÜGT-DƏ BÖYÜK ADAM

​Məqalə müəllifi həm Azərbaycandakı vəziyyətin, həm də onun liderinin təhlükəli olduğunu yazaraq, sual edir:

Bəs onda ötən apreldə İrlandiyanın baş vergi rəsmisi onunla görüşdə nə etmişdi?

Vergi Komissiyasının sədri Josephine Feehily Bakıda keçirilən «Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun Gömrük Başçıları Konfransı»nda iştirak etmək üçün Bakıya gedib.

Müəllif yazır ki, 2011-ci ilin yanvarından Feehily səfərlərinə 26.000 funt sterlinq xərclənib. O, Ümumdünya Gömrük Təşkilatında (ÜGT) böyük adamdır. Komissiya ötən cümə günü müəllifə altı səhifəlik açıqlama göndərib, ÜGT-nin Azərbaycandan Abucaya qədər gördüyü işləri açıqlayıb. Həmin açıqlamaya görə, Feehily Bakıya «İrlandiya Gömrük İdarəsinin Baş Direktoru və ÜGT Şurasının sədri» kimi gedib.

ONLAR NƏYİ MÜZAKİRƏ EDİBLƏR?

Müəllif yazır: «Aprelin 13-də səhər Josephine ÜGT Baş Direktoru Kunio Mikuria ilə birlikdə bu qəddar diktatorla görüşüb. Onların görüşü bir saat planlaşdırılıb. Görüşdən çəkilmiş fotoda iştirakçıların yaxşı vaxt keçirdiyi görünür».

Jedward qardaşları

Jedward qardaşları

«Onlar nəyi müzakirə edirlər? İrlandiyanı «Eurovision»da təmsil edən Jedward-ın pis oxumasınımı? Siyasi dissidentlərə qarşı işgəncə iddialarınımı? Yoxsa yerli musiqiçilərimi?» (müəllif apreldə prezidentin anasını söydüyünə görə həbs olunmuş Camal Əlini xatırladır)
«Bəlkə onlar vergiləri, İrlandiyanın bu ölkəyə 3.65 milyon funt sterlinq dəyərində ixracı barədə danışıblar».

Vergi Komissiyasının məlumatına görə, görüşdə regional məsələlər, ÜGT-nin 60 illiyinə dair tədbirlər müzakirə olunub.

«ƏLİYEVLƏ GÖRÜŞƏ GETMƏMƏLİYDİ»

«Prezident Əliyevlə görüş şəxsi olmayıb. Bu barədə ÜGT-nin saytında informasiya yerləşdirilib. Prezident xanım Feehily-ni və ÜGT-nin baş katibini dəvət edib. Görüşdə Azərbaycan Gömrük Komitəsinin rəhbəri də iştirak edib».

«İrlandiyanın diplomatik münasibətlər qurduğu bir ölkənin prezidentinin dəvətini qəbul etmək tamamilə məqsədəuyğun idi», Vergi Komissiyasının sözçüsü belə deyib.

Ancaq yazı müəllifi iddia edir ki, İrlandiyanın Vergi Komissiyasının sədri Əliyevlə görüşə getməməliydi. Bunun əvəzində şəhəri gəzməliydi. «Feehily-nin Əliyevlə görüş barədə qərarı düzgün deyildi. Onun diktatorla şəkil çəkdirmək qərarı bundan da pis idi.

İrlandiyanın «Eurovision» təmsilçisindən fərqli olaraq hansısa rəsmi şəxsi səfərə gəlirsə, repressiv rejimə siyasi kapital qazandırır. Ümid edək ki, Ümumdünya Gömrük Təşkilatı növbəti aylarda Suriya yaxud Şimali Koreyaya səfər planlaşdırmayıb. Siyasətçilərin yaşama instinkti məmurlarda yoxdur. Onları özbaşına buraxmaq olmaz».

Günün bütün mövzuları

XS
SM
MD
LG