Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

Musiqi və rəqsə görə 17 nəfərin başı kəsildi


Əfqanıstanın cənub Helmand əyalətində 15 kişi və 2 qadın cəsədi başı kəsilmiş halda tapılıb.

Rəsmi məlumata görə, onlar musiqi və rəqsdən ibarət əyləncə gecəsində iştirak etdiklərinə görə cəza olaraq Taliban qiyamçıları tərəfindən öldürülüblər.

Cəsədlər Musa Qala rayonundakı bir evdə tapılıb.

Məsuliyyətlə bağlı dərhal hər hansı iddia irəli sürülməyib.

Əfqanıstanda adətən kişilər və qadınlar bir məclisdə iştirak etmirlər, birlikdə əyləncə gecələri isə çox nadir hallarda və maksimum gizli şəkildə təşkil edilir.

Taliban flörtü, qadın və kişilərin açıq sevgi münasibətlərini şiddətlə qınayır.

Bu ilin iyun ayında Talibançı silahlı şəxs Kabil yaxınlığında lüks oteli atəşə tutub 20 nəfərin öldürmüşdü. Taliban Qarğa Gölünə hücumla bağlı açıqlama yaymışdı ki, orda “vəhşi əyləncə gecəsi təşkil olunmuşdu”.

2001-ci ildə ABŞ-ın dəstəklədiyi Əfqan qüvvələri tərəfindən Talibanın başa çatdırılmış beş illik hakimiyyəti dövründə qadınların səsvermə hüququ qadağan edilib, onlar evdən hər hansı səbəblə çıxarkən ya əri ilə, ya da kişi qohumu tərəfindən müşayiət olunmalı idi.

Bu hüquqlar əziyyətlə də olsa, bərpa edilib, lakin Əfqanıstan qadın olmaq üçün ən pis yerlərdən biri kimi qalmaqda davam edir.

Helmond icra nümayəndəsinin sözçüsü Daud Ahmadi deyib ki, 17 nəfərin başınnı kəsildiyi yerə istintaq qrupu göndərilib, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG