Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:44

Qərb bölgəsində 6 tona yaxın saxta duz aşkarlanıb


Yoxlamalar Gəncə, Şəmkir və Göygöl rayonlarında aparılıb. Bu barədə məlumatı «Azad İstehlakçılar Birliyi»nin eksperti İsaq Həsənov verib.

Bildirib ki, araşdırmalar zamanı müəyyənləşib ki, saxta duzlar əsasən Ukrayna markası adı altında satılır. Belə ki, əsl Ukrayna duzunun qutusunun bir üzündə Azərbaycan, digər üzündə isə rus dillərində yazılır. Amma saxtasında bir üzü rus, digər üzü isə ukrayna dilindədir. Saxta duzlar Bakıda kustar üsulla yığılaraq qablaşdırılır.

Müsahibin sözlərinə görə, saxta duzların tərkibində yod olmadığından istifadə etmək məsləhət deyil. Bundan başqa, kustar üsulla hazırlandığına görə bu duzların tərkibində radioaktiv və digər orqanizm üçün təhlükəli olan birləşmələr ola bilər.

İ. Həsənov qeyd etdi ki, Gəncə və ətraf rayonlarda təxminən 6 tona yaxın saxta duz aşkarlanaraq satışdan çıxarılıb. Müsahib sağlamlıq üçün zərərli məhsulların satışının təkrarlanması üçün rayon və şəhər İcra Hakimiyyətlərinə, İqtisadi İnkişaf Nazirliyinə və digər aidiyyatı qurumlara məlumat verilib.
XS
SM
MD
LG