Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:27

Fələstinyönlü fəallara Qərb Sahilinə keçmək qadağan edilib


İsrail və İordaniya orqanları 100 Fələstinyönlü fəallara Qərb Sahilinə keçməyi qadağan edib.

“Fələstinə Xoş Gəlmisiz” kampaniyasının fransız təşkilatçısı Olivia Zemor deyib ki, fəallarla dolu bir avtobusa İordaniya ilə sərhəd Əllənbi körpüsünü keçməyə icazə verilib, amma israillilər onları geri qaytarıb.

Zemorun sözlərinə görə, ikinci avtobusa isə İsrail hökumətinin tapşırığı ilə elə İordaniya sərhədində girişi qadağan ediblər.

Kampaniya işğal olunmuş ərazilərə giriş üzərində İsrailin nəzarətinin işıqlandırılması məqsədi daşıyır. Kampaniyanın bir hissəsi kimi fəallar Fələstin uşaqlarına məktəb ləvazimatları çatdırmaq istəyirdi.

İsrail etirazçılar pisləyib və onları “təxribatçılar və tanınmış fitnəkarlar” adlandırıb.

İsrail bundan əvvəl Tel-Əvivdəki aeroport və Qəzza zolağı yaxınlığında oxşar etirazların qarşısını alıb.
XS
SM
MD
LG