Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:39

Suriyada 200 insanın cəsədi tapılıb


Suriya müxalifəti deyir ki, Dəməşq yaxınlığındakı Darayya şəhərində 200 insan cəsədi tapılıb. Müxalifət bunu qətliam adlandırır və bunu törətməkdə hökumət qüvvələrini ittiham edir.

Avqustun 26-da siyasi fəallar bildiriblər ki, meyitlər Suriya ordusu tərəfindən hücumdan sonra Darayyada evlər və zirzəmilərdə aşkar edilib.

Dövlət Televiziyası isə bildirib ki, Darayya “terrorçu qalıqlarından təmizlənib”.

Dəməşqdə İran nümayəndəsi ilə görüş zamanı prezident Bəşər Əsəd “ölkə əleyhinə aparılan xarici danışıqlar” kimi təsvir etdiyi məsələyə qarşı mübarizə aparacağına söz verib.
XS
SM
MD
LG