Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

Nilufər Muğantürk. Biz odla barıtıq…


-

Biz odla barıtıq…

Yaman qısa çəkdi vüsal,
Yenə gəldi sərt Ayrılıq!
Indi də qalx, sən bizə gəl,
Bu kəz olsun pərt Ayrılıq!

Göy sevinir gəlməyimə,
Yollarıma su çiləyir..
Xəzri duyub Ayrılığı,
Bakıda üsyan eləyir..

Gah hicran, gah da intizar,
Çox çəkəcək yenə həsrət!
Biz odla barıtıq, bizi,
Ayırmayan kəsə lənət!

bizimyazi.com

Günün bütün mövzuları

XS
SM
MD
LG