Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:19

Azərbaycanın Mədəniyyət Gözəli seçildi


 Aytac Ağacanova Azərbaycan gözəli seçildi
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00
Direct-ə keçid

Aytac Ağasıyeva Azərbaycan gözəli seçildi

Avqustun 25-də Bakıda keçirilən “Miss Civilization” yarışmasında Azərbaycan gözəli seçilib: Yarışmada 16 yaşlı Aytac Ağacanova qələbə qazanıb .

Əvvəlcədən müəyyən edilmiş 20 gözəl musiqi sədaları altında milli paltarlarda, sərbəst geyimlərdə, sonra gəlinlik qiyafətlərində, daha sonra gecə libaslarında, ən sonda isə xəz geyimində səhnəyə çıxıblar.

İştirakçılardan ən gənci 16, ən böyüyünün isə 28 yaşı var idi.

Musabiqənin qalibini münsiflər heyəti müəyyənləşdirirdi. Bura “CFC Organization”un təsisçiləri Kemal Cenk İçten, Fərid Bağırov, Cengiz Aşkın, müğənni Aygün Kazımova, ATV kanalının aparıcısı Ruhi Əliyeva, “Carolina Valiant” qalereyasının baş meneceri Xəyyam Abbasi və stilist Anar Ağakişiyevdən daxil idilər.

“Miss Civilization”un nəticəsindən narazı qalan iştirakçılar və tamaşaçılar da olub. Yarışmanın ortasında iştirakçılardan Diana Eyyubova ilə təşkilatçılar arasında mübahisə yaranıb. Diana Eyyubovanın dostları hesab edir ki, gözəl seçkisi ədalətsiz aparılıb.

Əsas qalibdən başqa, müsabiqənin digər 5 iştirakçısı müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Azərbaycanın mədəniyyətlər gözəli titulunu qazanan müsabiqənin əsas qalibi isə 15 min avro qiymətində tac ilə təltif edilib. İndi Aytac Ağacanova sentyabr ayının 22-də Bakıda keçiriləcək “Miss Civilization World” yarışmasında Azərbaycanı təmsil edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG