Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:13

Azərbaycanın yığması dünya çempionu oldu


Foto arxiv
Foto arxiv
Avqustun 25-26-da Bakıda yunan-Roma güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci olub.

Qızıl medal:

Mikayıl Rəhmanov (46 kq)
Elnur Həsənov (50 kq)
Kərim Cəfərov (54 kq)
Murad Məmmədov (58 kq)
Ruhin Mikayılov (63 kq)
İslam Abbasov (76 kq)

Gümüş medal
Zamir Məhəmmədov (85 kq)

Bürünc medal
Sənan Süleymanov (42 kq)

Komanda hesabı:

1. Azərbaycan - 84 xal
2. Gürcüstan - 62 xal
3. Rusiya - 61 xal
XS
SM
MD
LG