Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

Yaponiyada son 50 ildə görünməmiş qasırğa baş verib


Yaponiyanın Okinava asdasında güclü qasırğa baş verib.

Mütəxəssislər bunun son 50 ildə ən güclü qasırğa olduğunu deyirlər.

Güləyin sürəti saatda 200 km, dalğaların hündürlüyü isə sahil yaxınlığında 12 metr olub.

Camaata evdən çıxmamaq məsləhət görülüb.

Təhlükəli yerlərdən minlərlə insan köçürülüb.

Bəzi rayonlar işıqsız qalıb, hava limanı bağlanıb.

Hələlik güclü dağıntı və ya itki barədə məlumat yoxdur.
XS
SM
MD
LG