Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52
-
Avqustun 26-da İctimai Palatanın Naxçıvan şöbəsinin toplantısı keçirilib.

Bu haqda AzadlıqRadiosuna İctimai Palatanın Naxçıvan şöbəsinin üzvü, Müsavat Partiyası yerli təşkilatının sədri Sabir Vəliyev məlumat verib.

Onun bildirməsinə görə, toplantıda Muxtar Respublikada son dövrlər baş verən bir sıra hüquq pozuntuları – iaşə obyektlərinin bağlanması, hərbçilərin evlərindən zorla çıxarılması və sairə müzakirə olunub. Toplantıda həmçinin AXCP sədri Əli Kərimliyə qarşı qaldırılan cinayət işi ilə bağlı da müzakirələr aparılıb:

«Son dövrlər hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı apardığı kampaniyanı qətiyyətlə pisləyirik. Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləməsi iddiasını və bununla bağlı ona qarşı açılan cinayət işi bu kampaniyanın tərkib hissəsi sayırıq. Hakimiyyət bu oyunu təcili dayandırmalıdır. Biz həmçinin Naxçıvanda hərbçilərin zorla öz evlərindən çıxarılmalarını, iaşə obyektlərinin əsassız bağlanmasını da pisləyirik. Yerli hakimiyyətdən tələb edirik ki, insanların mülkiyyət hüququna hörmətlə yanaşsınlar».

Toplantının sonunda həm Əli Kərimlinin müdafiəsi, həm də müzakirə olunan digər məsələlərlə bağlı bəyanat qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG