Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Lalə Məhərrəmli. O mənim atamdır


-

O MƏNİM ATAMDIR

O mənim atamdır.
Mən onu baxışlarından tanıyıram.
Atam dolu – dolu baxır.
Sevgi dolu baxır, qürur dolu baxır.
Və çox zaman sual dolu baxır.
Axır ürəyimizə biz susanda.
Suallarına cavab tapır və qayıdır gözlərinə.
Gözlərinə dolur…dolur…
Sığmır bəbəklərinə, amma ağlamır
Öz içinə axır.
O mənim atamdır.
Mən onu nəfəsindən tanıyıram.
Atam bizimlə nəfəs alır.
Bizi çəkir ciyərlərinə.
Hərdən çətin nəfəs alır.
Nəfəsinə düyünlənir dərdlərimiz.
Sonra açılır düyünlər.
Dolaşır fikirlərinə.
Amma atam şikayət etmir.
Yenə bizi çəkir içinə.
O mənim atamdır.
Mən onu öpüşündən tanıyıram.
Hər doğum günümüzdə
Yaşımız qədər öpər bizi.
Gözlərimizdən, alnımızdan, burnumuzdan.
Saya - saya öpər.
Öpə - öpə böyüdər bizi.
Bizə elə gələr ki, böyüyürük.
Atam bir öpüş qədər danışar
Və xatırladar hələ uşaq olduğumuzu.
O mənim atamdır.
Mən onu gülüşündən tanıyıram.
Atamın gülüşləri ağlayar,
Qəhqəhələri hıçqırar.
Bizi isə güldürər.
Atam fəryadını ölçüb biçər içində.
Çıxarmaq üçün məqam gözləyər.
Və məqamı çatanda gülər.
Bizim qulağımıza çatmaz, amma
Atamın gülüşündə fəryad eşidilər.
O mənim atamdır.
Mən onu əllərindən tanıyıram.
Başına dən – dən səpilən ağ tüklərdən tanıyıram.
Yatışından tanıyıram.
Yerişindən, duruşundan tanıyıram.
Mən atamı tanıyıram.
Atam özünü gizlədə bilməz.
Nəyin üstünü örtsə o dəqiqə açılar.
Atam atasından, mən atamdan bilirəm.
Atalar gizlətdiklərilə yadda qalar.

kult.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG