Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

Bəsti Əlibəyli. Bayramlıq


-

Bayramlıq

Qara bayramda qürub evində
nə görmüşdüsə
göynən gedirdi.
Tovlamaqla, qılıqla
səbəbini demirdi.
...Sonra danışırdılar ki;
O gün
kimsəsiz, unudulmuş
köhnə qəbir üstə
qonub da bir quş
yanıqlı-yanıqlı
nəğmə oxumuş.
Bilmirəm, gerçək idi,
ya düzüb-qoşmuşdular;
guya, ziyarətə gələn quş
dimdiyində
badam çiçəyi tutubmuş.
Demə, ona görə
bivaris Badam qarının
çiçəyi çırtlayırmış...

Günün bütün mövzuları

XS
SM
MD
LG