Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

Bəsti Əlibəyli. Nə çox abad eyvan...


-

Nə çox abad eyvan, dənli sərdən,
Məndə yuva gəzmə, qaranquş.
His eləyir dərd tonqalım,
Ağ yaxana çökər qaram, quş.

Yuyunub baharın duşunda,
O güllü eyvan qalıb huşunda,
Bala vaxtı bəla tuşunda
Aldanıb yuva quran quş.

Görüb də sonumu gözümnən,
Bir müdrik səbrnən, dözümnən,
Cəlladı, kəndiri özümnən
Can təki gəzdirən daram, quş,
Uç qurtar, sən Kitab-Quran, quş!

Günün bütün mövzuları

XS
SM
MD
LG