Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:03

Bəsti Əlibəyli. Bir şirin uyquda dünya məst yatır...


-

“Gəl, dərdə gedək, gəl, könül”
Yunus Əmrə


Bir şirin uyquda dünya məst yatır,
Fələk xumarlanır, iblis baş qatır,
“Leyli bazarında Məcnun çan satır”,
Gəl, qoşulaq dərdə gedək, gəl, könül.

Qanqalı çiçəkli, gülləri xəşəm,
Yağmur həsrətlisi bir quru döşəm,
Biçilib sünbüllər, saralır kövşən,
Gəl, qoşulaq dərdə gedək, gəl, könül.

Dünya mənlik, ruhum sənlik deyil, canım,
Ya soysunlar dərimi, ya atəşdə yanım.
Biz dərdin butasıyıq, mehribanım!
Gəl, qoşulaq dərdə gedək, gəl, könül.

Ömür karvanını burda əyləyək,
Bağır basıb iqbalnamə söyləyək,
Ölüm ömürdən mərd, indi neyləyək?
Gəl, qoşulaq mərdə gedək, gəl, könül.

Günün bütün mövzuları

XS
SM
MD
LG