Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Bəsti Əlibəyli. Son


-

Son

Kimi Allahla,
kimi şeytanla
yoluna qoyur işini;
ağırlıq
yolun boynuna düşür.

Fərman padşahdan gəlir,
cəza günahdan;
ağırlıq
əlin boynuna düşür.

Kəbə quran da insan,
Könül yıxan da;
Ağırlıq
dilin boynuna düşür.

Kimi sidqi-imanla,
kimi şübhə-gümanla
yürüyür sona;
Ağırlıq
SONun boynuna düşür...

Günün bütün mövzuları

XS
SM
MD
LG