Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:29

Bəsti Əlibəyli. Çiçək tək qoxlayıb atdım-deyib


-

Çiçək tək qoxlayıb atdım-deyib
çox da yelli keçmə
səni sevən qadının yanından.
Bir ayağının altına bax;
sevgi günü qanad açmış
qarışqanın qanadını tapdadın,
Sevilməyə yaranmışın
arzu-muradını tapdadın.
O qadın heç,
vallah,
o qarışqanın ahı tutacaq səni,
Göylər bağışlamır
Ona şərik çıxan kimsəni.

Günün bütün mövzuları

XS
SM
MD
LG