Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:23

Bəsti Əlibəyli. Son nəfəsin şəkli


-

Son nəfəsin şəkli


Dəniz çəkmək istəyirəm,
alınmır.
Gəmi çəkmək istəyirəm,
alınmır.
Torda balıq çəkirəm,
alınır.

Səma çəkmək istəyirəm,
alınmır.
Uçaq çəkmək istəyirəm,
alınmır.
Qəfəsdə quş çəkirəm,
alınır.

Yol çəkmək istəyirəm,
alınmır.
Qatar çəkmək istəyirəm,
alınmır.
Yolda qəza çəkirəm,
alınır.


Havadan,
qurudan,
sudan
yaşamağa yol çəkirəm,
alınmır.
Bu ömrə vida deyib
son nəfəs çəkirəm,
alınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG