Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

Respublikaçılar qurultayı təxirə saldı


ABŞ Respublikaçılar partiyası qasırğaya görə qurultayı təxirə salmalı olub.

Floridanın Tampa şəhərində keçiriləcək qurultayda Mitt Romneyin partiyadan prezidentliyə rəsmi namizədliyi irəli sürülməlidir.

Qurultay bazar ertəsi yox, çərşənbə axşamı keçiriləcək və namizəd irəli sürülən kimi bağlanacaq.

Bu barədə Respublikaçılar partiyasının nümayəndəsi Reince Pribus məlumat verib.

Tropik Ayzes (İsaac) qasırğası artıq Haitinin cənub sahillərində 4 nəfərin ölümünə səbəb olub.

Həmçinin Kubanın 6 əyalətində fövqəladə xidmət hazırlıq vəziyyətinə gətirilib, təhlükəli rrayonlardan minlərlə adam köçürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG