Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:51

Mehriban Əliyevanın doğum günüdür


Mehriban Əliyeva və İlham ƏIiyev (REUTERS/Philippe Wojazer)
Mehriban Əliyeva və İlham ƏIiyev (REUTERS/Philippe Wojazer)
Avqustun 26-ı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Milli Gimnastika Fedrasiyasının prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Əliyeva 1964-cü ildə anadan olub. O yazıçı Mir Cəlal Paşayevin nəvəsidir. Atası Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, anası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş Aida İmanquliyevadır.

Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunun məzunudur. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Mehriban Əliyevanın elmi işinin mövzusu belədir: “Eftonaziya və təbabətin insanpərvərlik problemlərinin fəlsəfi-etik aspektləri”.

O, 8 ildir Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci ilin noyabrında parlament seçkilərində 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən deputat seçilib. Rəsmi nəticələrə görə, 92.12% (23106 səs) səs toplayıb.

Onun parlamentdəki ən yadda qalan addımı 2009-cu ildə təqdim etdiyi “Amnistiya Aktı haqda qanun layihəsi” olub. Bu qanunun qəbulu nəticəsində 10 minə yaxın məhbus azad edilib.

Mehriban Əliyeva ixtisasca həkim, iki çağırışdır deputat olsa da, daha çox humanitar layihələrə rəhbərlik etməsi ilə diqqət cəlb edir.

O, 1996-cı ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəridir. Eləcə də 8 ildir Heydər Əliyev Fonduna başçılıq edir. Fond əsasən humanitar fəaliyyətlə məşğul olur. Bir sıra mədəni layihələri gerçəkləşdirir. Eləcə də xəstələrə, valideyn himayəsindən məhrum uşaqlara kömək edir, bir sıra uşaq evlərini, internat-məktəblərini abadlaşdırır və ya maddi bazasını yeniləşdirir. Mətbuatın “Böyük maliyyə tələb edən bu cür layihələri Fond haradan maliyyələşdirir” sualı isə hələlik açıq qalır.

Mehriban Əliyeva 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” Mahnı Yarışmasının Təşkilat Komitəsinə də başçılıq edib.

Mətbuat ölkənin birinci xanımının və yaxınlarının biznesindən dəfələrlə yazsa da, o buna münasibət bildirməyib.

Mehriban Əliyevanın iki qızı, bir oğlu və üç nəvəsi var.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG