Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Şənbə günü Suriyada 300-dən çox adam öldürülüb


Suriyalı fəallar şənbə günü ölkədə azı 330 nəfərin öldürüldüyünü xəbər verirlər.

Məlumatlara görə Dəməşq ətrafında intensiv döyüşlər gedib.

Təkçə Darayya şəhərində 2 qadın və 3 uşaq da daxil olmaqla 23 dinc sakin öldürülüb.

Dəməşqin ətrafında isə 200-dən çox adamın cəsədi aşkar edilib.

Həmçinin Hələb və İdlibdə gedən döyüşlərdə onlarla adam ölüb.

Hökumət qoşunları döyüşlərdə tank və vertolyotlardan da istifadə edir.

1 ildən çoxdur ki, Suriyada hökumət və müxalifət qüvvələri arasında silahlı toqquşmalar gedir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 22 mindən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG